...

Əmlakın bağışlanması müqaviləsi hansı hallarda etibarsız sayıla bilər

İqtisadiyyat Materials 21 Avqust 2020 12:28 (UTC +04:00)
Əmlakın bağışlanması əvəzsiz əqd olan bağışlama müqaviləsi ilə tənzimlənir.
Əmlakın bağışlanması müqaviləsi hansı hallarda etibarsız sayıla bilər

Bakı. Samir Əli - Trend:

Əmlakın bağışlanması əvəzsiz əqd olan bağışlama müqaviləsi ilə tənzimlənir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri, 2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov deyib.

Onun sözlərinə görə, bu məsələdə bir neçə istisna hallar mövcuddur: “Bir şəxs öz əmlakını digər bir şəxsə bağışlaya bilər, lakin imtina edə bilməz. Bağışlama üçün vacib olan hüquqi amillər var. Əgər bu amillərdən biri etibarsız olarsa, müqavilə ləğv edilə bilər. Burada iradə faktoru, mülkiyyətin qanuniliyi kimi məsələlər nəzərdə tutulur. Bağışlayan şəxs şüurlu şəkildə öz iradəsini düzgün ifadə edirsə, fəaliyyət qabiliyyətində hər hansı bir məhdudlaşma yoxdursa, həmin şəxs öz əmlakını əvəzsiz əqd olaraq qeyri şəxsə bağışlaya bilər.

Lakin həmin müqavilənin etibarsızlığına əsas verən səbəblər mövcuddursa, eləcə də mövcud faktlar məhkəmə qaydasında öz təsdiqini taparsa, bu halda həmin müqavilənin ləğvi tələb oluna bilər".

“Eyni zamanda hər iki tərəf könüllü şəkildə bağışlamanı ləğv etmək mövzusunda razılığa gələrsə, onlar arasında ləğv barədə saziş imzalanır. Və məhkəmə mübahisəsi olmadan mülkiyyət əvvəlki sahibinə qaytarılır”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti