...

Gəncədə 1300-ə yaxın şəxs ödənişli ictimai işlərə cəlb olunub (FOTO)

İqtisadiyyat Materials 5 Sentyabr 2020 11:23 (UTC +04:00)
Gəncədə 1300-ə yaxın şəxs ödənişli ictimai işlərə cəlb olunub (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İş Mərkəzi vasitəsilə ölkəmizin bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də ödənişli ictimai işlər proqramı icra olunur.

Nazirlikdən Trend-ə verilən məlumata görə, işsiz və işaxtaranların məşulluq imkanlarının artırılmasında mühüm rol oynayan bu proqrama Gəncə şəhərində də əsasən həssas qruplardan olan 1300-ə yaxın şəxs cəlb olunub.

Onların hər biri ilə əmək müqaviləsi bağlanıb ki, bu da həmin şəxslərin gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Ödənişli ictimai iş yerləri abadlaşdırma, yaşıllaşdırma, parklara qulluq, dezinfeksiya işlərinin aparılması, tənha yaşlılara və əlilliyi olan şəxslərə sosial xidmətlərin göstərilməsi və s. kimi sahələr üzrədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti