...

Bu il Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi açıqlanıb

İqtisadiyyat Materials 14 Sentyabr 2020 16:15 (UTC +04:00)
Bu il Azərbaycan iqtisadiyyatına  yatırılmış investisiyaların həcmi açıqlanıb

Bakı. Elçin Mehdiyev – Trend:

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 8 milyard 682,4 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox vəsait yönəlib.

Trend-in məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19,0 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 10,5 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 5 milyard 829,5 milyon manatı və ya 67,1 faizi məhsul istehsalı sahələrinə, 2 milyard 030,6 milyon manatı (23,4 faizi) xidmət sahələrinə, 822,3 milyon manatı (9,5 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 356,0 milyon manatını və ya 61,7 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 349,7 milyon manatı və ya 61,6 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 59,4 faiz, büdcə vəsaitləri 22,7 faiz, bank kreditləri 6,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,8 faiz, sair vəsaitlər 4,0 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 2,0 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti