...

BTQ ilə yük daşımaları ildə 3,2 milyon tona çatacaq

İqtisadiyyat Materials 8 Oktyabr 2020 10:32 (UTC +04:00)
BTQ ilə yük daşımaları ildə 3,2 milyon tona çatacaq

Bakı. Fidan Babayeva - Trend:

Son 3 üç il ərzində Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə ümumi həcmi 650 min ton olan 8 min vaqon daşınıb.

Trend-in məlumatına görə, bunu Türkiyə Dövlət Dəmir Yollarının “TCDD Taşımacılık” şirkətinin baş direktoru Kamran Yazıçı İstanbulda 5-ci İqtisadiyyat və Logistika sammitində deyib.

Onun sözlərinə görə, bu ilin sonunadək həmin dəmir yolu ilə 500 min konteynerlə 20 min ton yük daşınacaq:

“BTQ qısamüddətli perspektivdə ildə 3,2 milyon ton, uzunmüddətli perspektivdə isə 6,5 milyon ton yük daşımağı hədəfləyir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti