...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 5 Noyabr 2020 11:25 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 4-də 40,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,47 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 40,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,45 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 39,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,34 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 39,44 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,43 dollar/barel çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti