...

Noyabr üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib

İqtisadiyyat Materials 21 Noyabr 2020 11:55 (UTC +04:00)

Bakı.İlhamə İsabalayeva -Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabr ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi.

Fonddan Trend-ə verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Vətəndaşlar hesablarına köçürülmüş vəsaiti Kapital Bankdan onlara verilmiş bank kartları vasitəsilə həmin bankın bankomatlarından əldə edə bilərlər.

Yaxın günlərdə isə noyabr ayı üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti