...

Bakının mərkəzində torpaq sahəsi tapmaq artıq mümkün deyil - Ekspert

İqtisadiyyat Materials 17 Dekabr 2020 15:58 (UTC +04:00)
Bakının mərkəzində torpaq sahəsi tapmaq artıq mümkün deyil - Ekspert

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus pandemiyası daşınmaz əmlak bazarına ciddi təsirləri ilə müşahidə olunur. Lakin buna baxmayaraq daşınmaz əmlak bazarında ciddi qiymət azalmalarını müşahidə etmirik.

Bunu Trend-ə əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyib.

R.Osmanlı bildirib ki, daşınmaz əmlak bazarında dinamikanın kəskin azaldığı halda qiymətin daha çox sabit qaldığı və ümumi nəzəri iqtisadi proseslərdən kənar bir formada olduğu vəziyyət müşayiət olunur:

“Bakıda və Abşeronda mərkəzi hissələrdə torpaq sahələrinə ehtiyac artmaqdadır. Belə ki, böyükhəçmli və çoxmərtəbəli binaların tikintisi üçün tələb olunan torpaq sahələri məhdudlaşan xətt üzrə gedir və şəhər mərkəzində belə ərazilər tapmaq mümkün deyil artıq. Ona görə də həmin torpaq sahələrinə tələbat yüksək olaraq qalır. Sadəcə, kiçikhəcmli torpaq sahələri hələ ki, alqı-satqı prosesinə cəlb olunmur və bu da təbii ki, torpaq bazarında dimanikanın aşağı olduğunu deməyə əsas verir.

Ancaq buna baxmayarq, qiymət azalması baş vermir, qiymətlər sabit qalıb. Bütün proseslər ümumi iqtisadi nəzəri prinsiplərdən kənarda baş verir. Bu, əslində bir qədər də təəccüblü bir prosesdir. Yəni tələb aşağıdır, təklif var, əməliyyatların sayı kəskin azalıb, amma qiymət də düşmür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti