...

Meksika-Azərbaycan ikitərəfli ticarəti

İqtisadiyyat Materials 23 Dekabr 2020 09:13 (UTC +04:00)
Meksika-Azərbaycan ikitərəfli ticarəti

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi tərəfindən dərc olunmuş 2020-ci il yanvar-oktyabr ayları müddətinə aid son rəqəmlərə əsasən, Meksika-Azərbaycan ikitərəfli ticarəti 43,7 milyon dollara bərabərdir, bu isə Meksikanı Latın Amerikası ölkələri arasında Azərbaycanın ikinci ticari tərəfdaşı kimi qərarlaşdırır.

Meksikanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə, sözügedən müddət ərzində Meksika Azərbaycan tərəfindən idxal olunan məhsulların mənşə ölkələri sırasında 29 yeri, Azərbaycan ixracının istiqamət ölkələləri sırasında isə 73 yeri tutur.

Sözügedən müddətdə Meksika məhsullarının Azərbaycana ixracı $43,5 milyon dollar həcmində idi, bu isə öncəki aya münasibətdə 5% artım, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 4.4% azalma deməkdir. Bu müsbət tendensiyanın qorunub-saxlanacağı təqdirdə 2020-ci ilin sonu üçün Meksika ilə Azərbaycan arasında ticarətin 2019-cu ildə qeydə alınmış rəqəmlərə (52,3 milyon dollar) çatacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti