...

Vaxtilə Qarabağda fəaliyyət göstərən hidrometeoroloji və radiometeoroloji məntəqələrin sayı açıqlandı

İqtisadiyyat Materials 8 Yanvar 2021 17:10 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Ümid edirik ki, işğaldan azad olunan ərazilərdəki meteoroloji stansiyaların fəaliyyəti ən yaxın zamanlarda bərpa olunacaq.

Trend-in məlumatına görə, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda çıxış edərkən deyib.

Onun sözlərinə görə, ETSN tərəfindən ən tez zamanda işğal altında olmuş ərazilərimizdəki hidrometeoroloji şəbəkəni bərpa etmək istiqamətində bütün lazımi addımlar atılacaq.

U.Tağıyeva əlavə edib ki, Qarabağ bölgəsində 1990-cı ilə qədər 10 hidrometeoroloji, 3 radiometeoroloji, 15 çay üzərinə müşahidə, 2 aqrometeoroloji stansiya və 16 atmosfer proseslərinə fəal təsir göstərən məntəqələr fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti