...

Bakı, Sumqayıt və Abşeron üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb

İqtisadiyyat Materials 12 Yanvar 2021 11:52 (UTC +04:00)
Bakı, Sumqayıt və Abşeron üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu üç şəhər və rayon üzrə bütün pensiya vəsaitlərinin pensiyaçıların hesablarına köçürülməsi prosesi bu gün ərzində tam yekunlaşacaq.

Vətəndaşlar pensiyalarını onlara verilmiş bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti