...

"Teymur Əhmədov" quru yük gəmisi Xəzərdə fider daşımalara cəlb olunur

İqtisadiyyat Materials 4 Fevral 2021 12:46 (UTC +04:00)
"Teymur Əhmədov" quru yük gəmisi Xəzərdə fider daşımalara cəlb olunur

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Teymur Əhmədov" quru yük gəmisi Xəzərdə fider daşımalara cəlb olunur.

Bu barədə Trend-ə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən (ASCO) bildiriblər. Qeyd olunub ki, ASCO ilə "ADY Konteyner" MMC arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqaviləyə əsasən, ASCO-ya məxsus “Teymur Əhmədov” quru yük gəmisi Ələt-Türkmənbaşı-Ələt istiqamətində fider daşımalara cəlb olunacaq. Fider xətt üzrə gəminin ayda 4 səfər həyata keçirəcəyi planlaşdırılır.

Qeyd edək ki, "Teymur Əhmədov" quru yük gəmisi eyni vaxtda 80 ədəd 40 futluq konteyner daşımaq gücünə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti