...

Gəncə-Naxçıvan aviareysinin bərpası məsələsinə yenidən baxılacaq

İqtisadiyyat Materials 9 Mart 2021 15:29 (UTC +04:00)
Gəncə-Naxçıvan aviareysinin bərpası məsələsinə yenidən baxılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Gəncə-Naxçıvan aviareysinin bərpa edilməsi məsələsinə yenidən baxılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, Gəncə-Naxçıvan və Naxçıvan-Gəncə reysləri İran üzərindən yerinə yetirilir. Bu səbəbdən uçuş məsafəsinin, uçuş vaxtının 30 dəqiqədən 1 saat 8 dəqiqəyə artması reyslərin Gəncədə eniş etməklə yerinə yetiriməsində müəyyən çətinliklər yaradır. Gürcüstan və Türkiyə üzərindən uçuşlar isə bu müddətin daha da artması və əlavə maliyyə xərcləri ilə nəticələnəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti