...

Bu sistemin inkişafı CAREC çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq - Nazir

İqtisadiyyat Materials 4 May 2021 15:23 (UTC +04:00)
Bu sistemin inkişafı CAREC çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq - Nazir

Bakı. Sədrəddin Ağcayev - Trend:

Tranzit-nəqliyyat informasiya sisteminin inkişafı iqtisadiyyatların daha sıx inteqrasiyasına və CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) proqramı çərçivəsində malların sərbəst daşınmasına gətirib çıxaracaq.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının onlayn iclasında deyib.

Nazir bildirib ki, bu sistemin inkişafı Azərbaycanın nəqliyyat və trans-sərhəd əməliyyatlarını, tranzit potensialını təkmilləşdirməyə imkan verəcək, iqtisadiyyatların inteqrasiyasına, eləcə də müəyyən gömrük prosedurları zamanı yaranan əlavə problem və məsələlərin həllinə gətirib çıxaracaq: "Bu kontekstdə beynəlxalq vergi sisteminə və hökumətlər arasında məlumat mübadiləsinə diqqət ayırmaq lazımdır".

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti