...

Azərbaycanın bərpa olunan enerji sahəsində İsrail şirkətləri ilə əməkdaşlığı üçün potensial mövcuddur

İqtisadiyyat Materials 16 İyun 2021 16:25 (UTC +04:00)
Azərbaycanın bərpa olunan enerji sahəsində İsrail şirkətləri ilə əməkdaşlığı üçün potensial mövcuddur

Bakı. Trend:

Energetika naziri Pərviz Şahbazov İsrail Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Corc Diki qəbul edib.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, görüşdə energetika sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri müzakirə edilib.

Bildirilib ki, İsrail Azərbaycan üçün vacib tərəfdaş olduğu qədər, Azərbaycan da İsrailin enerji təhlükəsizliyi üçün bir o qədər əhəmiyyət kəsb edən ölkədir və İsrailin neft idxalının əhəmiyyətli hissəsi Azərbaycanın payına düşür. Azərbaycanda energetika sahəsində, o cümlədən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr və gələcək planlar barədə məlumat verilib, bərpa olunan enerji, enerji səmərəliliyi sahəsində qabaqcıl təcrübəyə və texnologiyalara malik İsrail şirkətləri ilə əməkdaşlıq üçün potensialın olduğu qeyd edilib. Gələcəkdə ölkəmizdə təşkil ediləcək bərpa olunan enerji hərraclarında İsrail şirkətlərinin də iştiraka təşviq edilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə müvafiq sahələr üzrə məlumat və təcrübə mübadiləsi, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti