...

Azərbaycanda baramaçılıqla bağlı yeni dövlət standartı təsdiq edilib

İqtisadiyyat Materials 3 Avqust 2021 11:29 (UTC +04:00)
Azərbaycanda baramaçılıqla bağlı yeni dövlət standartı təsdiq edilib

Bakı. Trend:

Baramaçılıq və ipəkçilik sahəsində beynəlxalq tələblərə uyğun keyfiyyət meyarlarının yaradılması məqsədilə AZS 897-2021 “Tut ipəkqurdunun yaş (diri) baraması” dövlət standartı təsdiqlənib.

Dövlət standartı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Standartlaşdırma İnstitutu publik hüquqi şəxs tərəfindən təsdiq edilib. Yeni sənədin qüvvəyə minməsi ilə əlaqədar AZS 145-2005 “Tut ipəkqurdunun diri barmaları. Texniki şərtlər” dövlət standartı qüvvədən düşüb.

Yeni standartın tətbiqi məhsulun keyfiyyətinin artırılmasına və rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, standart Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə hazırlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti