...

Ünvanlı sosial yardımın məbləği artıb

İqtisadiyyat Materials 4 Avqust 2021 09:21 (UTC +04:00)

Bakı. Çingiz Səfərli - Trend:

2021-ci ilin iyul ayında orta hesabla 1 ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği artaraq 231,9 manatdan 259,3 manata çatıb.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan bildirilib. Məlumata görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,8 % artım deməkdir.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımının təyinində ehtiyac meyarı əsas götürülür. Hər bir ailə üzvü üçün ehtiyac meyarı 170 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti