...

Azərbaycan nefti 2 dollar bahalaşıb

İqtisadiyyat Materials 11 Avqust 2021 11:46 (UTC +04:00)
Azərbaycan nefti 2 dollar bahalaşıb

Bakı. Zeyni Cəfərov - Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 10-da 70,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,01 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 67,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,07 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,69 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 2,08 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Twitter: @jafarov_zeyni

Məqalədə:
Xəbər lenti

Xəbər lenti