...

Pandemiya nəticəsində yaranan iqtisadi geriləmə aradan qalxır - Deputat

İqtisadiyyat Materials 11 Sentyabr 2021 09:58 (UTC +04:00)
Pandemiya nəticəsində yaranan iqtisadi geriləmə aradan qalxır - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan iqtisadiyyatı artıq post-pandemiya mərhələsinə daxil olub və iqtisadiyyatda bərpa proseslərin sürətlənməsi müşahidə edilməkdədir. 2020-ci ildəki iqtisadi geriləmə aradan qalxmaqdadır.

Bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Deputat bildirib ki, ötən il qlobal fəlakətlərin yaşanması, pandemiyanın iqtisadiyyata vurduğu ağır təsirlər və digər mənfi meyillər ümumi daxili məhsulun (ÜDM) 4 faiz azalmasına səbəb olmuşdu:

“Hökumətin qəbul etdiyi düzgün iqtisadi qərarlar, biznesə və sosial sahələrə göstərdiyi 3 milyard manat həcmində dəstək, gəlirlərə və investisiya mühitinə mənfi təsirləri neytrallaşdıran müxtəlif stimullar iqtisadi aktivliyin tədricən bərpa olunmasında müsbət rol oynayıb və makroiqtisadi dayanıqlığı təmin edib.

Bunun nəticəsidir ki, 2021-ci ilin ötən 7 ayı ərzində ölkəmizdə 47 milyard 262,3 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Yəni artıq iqtisadi azalma iqtisadi artımla əvəz olunmaqdadır. İqtisadi inkişafda qeyri-neft sektoru əsas yer tutur, neft-qaz sektorunda əlavə dəyər 3,1 faiz azalsa da, qeyri neft-qaz sektorunda yaranmış 5,3 faizlik artım ümumi iqtisadi inkişafı təmin edib. Bu da ölkə iqtisadiyyatının neftdən asılılığının azalması deməkdir”.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti