...

Gələn ilin dövlət büdcəsində neftin qiyməti 50 dollar səviyyəsində müəyyən edilib

İqtisadiyyat Materials 29 Oktyabr 2021 11:46 (UTC +04:00)

Bakı. Trend:

2022-ci il Azərbaycan dövlət büdcəsində neftin qiyməti 50 dollar səviyyəsində müəyyən edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının idarə heyətinin sədri Elman Rüstəmov mətbuat konfransında deyib.

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollar/barel səviyyəsində müəyyən edilmişdi.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri, rəsmi proqnozlara əsasən, 2021-ci illə müqayisədə 5,4 faiz artaraq 26,82 milyard manat təşkil edəcək.

Dövlət büdcəsinin xərcləri isə gələn il 29,89 milyard manata bərabər olacaq. Bu, 2021-ci illə müqayisədə 4,7 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti