Bakı. Humay Ağacanova - Trend:
Ölkə qarşısında yeni iqtisadi çağırışlar dayanmaqdadır. Başlıca çağırış neftdən asılılığı sıfıra endirməkdir.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, bunun üçün 5 milli prioritet müəyyənləşdirilib:
"Ölkə iqtisadiyyatında 4 başlıca təməl dəyişiklik baş verəcək. İqtisadiyyatda fəaliyyət mühiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılacaq. İnsan kapitalının davamlı inkişafı, rəqəmsal ideyaların tətbiqi üçün geniş şərait yaradılacaq. Strategiyanın artıq başlıca istiqamətləri formalaşdırılıb. Strategiya layihəsində 839-dək strateji dəyişiklik edilməsi nəzərdə tutulub”, - deyə M.Cabbarov qeyd edib.