...

OPEC ölkələri yeni baş katib seçəcəklər

İqtisadiyyat Materials 2 Dekabr 2021 01:19 (UTC +04:00)
OPEC ölkələri yeni baş katib seçəcəklər

Bakı. Trend:

Ötən gün OPEC ölkələrinin nazirləri arasında keçirilən iki saatlıq görüşdə yanvar ayında növbədənkənar iclasın keçirilməsi barədə razılıq əldə edilib.

Trend-in məlumatına görə, bu barədə "TASS" danışıqlarda iştirak edən mənbə xəbər verib.

Mənbənin sözlərinə görə, yanvarda keçiriləcək növbədənkənar iclasda OPEC ölkələri təşkilatın yeni baş katibini seçəcəklər:

"Görüş başa çatdı. OPEK+ ölkələrdən ayrı olaraq yanvarda növbədənkənar iclas keçirmək barədə razılaşdıq. İclasda yeni baş katib seçiləcək".

Mənbə növbədənkənar iclasın keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.

Qeyd edək ki, OPEC-in baş katibi vəzifəsini 2016-cı ildən Məhəmməd Barkindo tutur. Onun səlahiyyətlərinin ikinci müddəti 2022-ci ilin iyul ayında başa çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti