...

Şuşanın qaz təchizatının xəritəsi hazırlanıb

İqtisadiyyat Materials 15 Fevral 2022 15:13
Şuşanın qaz təchizatının xəritəsi hazırlanıb

Trend-i buradan izləyin

Bakı. Trend:

"Azəriqaz" İstehsalat Birliyi Şuşa şəhərinin qaz təchizatı şəbəkələrinin elektron xəritəsini hazırlayıb.

Trend-in məlumatına görə, bu barədə Energetika Nazirliyinin 2021-ci ildə görülmüş işlərə dair hesabatında deyilir.

"Şəhərin qaz təchizatı şəbəkələrinin elektron xəritələri hazırlanıb, inventarizasiya aparılıb. Hazırlanmış xəritələr və texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, eləcə də Şəhərsalma üzrə Dövlət Komitəsinə təqdim edilib”, - deyə hesabatda deyilir.

Bundan başqa, Hadrutda, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində analoji işlər həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti