...

Bakıda bu evlərin kirayə qiyməti bahalaşır

İqtisadiyyat Materials 22 Fevral 2022 10:17 (UTC +04:00)
Bakıda bu evlərin kirayə qiyməti bahalaşır

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda ötən ay kirayə mənzillərin qiymətində bahalaşama qeydə alınıb.

“MBA Consulting Group” şirkətindən Trend-ə verilən məlumata görə, yanvar ayında kirayə mənzillərin orta qiymətində 7,93 faiz artım müşahidə olunub.

Ucuz kirayə evlərinin qiyməti 414 manat, orta evlərin qiyməti 708 manat, bahalı evlərin qiyməti isə 1483 manat təşkil edib.

Fərdi yaşayış və bağ evlərinin qiymətində isə yanvar ayında 4,22 faiz ucuzlaşma müşahidə olunub. Qiymət azalması qış mövümü ilə əlaqədar bu evlərə tələbatın azalmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti