...

Azərbaycanda istehsal olunan bir sıra məhsulların Türkiyəyə ixracı müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 31 Mart 2022 16:21 (UTC +04:00)
Azərbaycanda istehsal olunan bir sıra məhsulların Türkiyəyə ixracı müzakirə olunub (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda istehsal olunan günəbaxan və buğda kimi təsərrüfat məhsullarının Türkiyəyə ixracı məsələsi müzakirə olunub.

Trend- xəbər verir ki, bu fikirləri Türkiyə Respublikasının kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Fatih Metin Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyi (MÜSİAD) Azərbaycan şöbəsi heyəti ilə görüş zamanı qeyd edib.

Görüşdə tərəflər ortaq layihələrin üzərində iş birliyi və yeni layihələrin hazırlanması məsələsini müzakirə ediblər.

Həmçinin, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Qarabağda və digər bölgələrdə Azərbaycanla edəcəyi əməkdaşlıqlar və MÜSİAD Azərbaycanın bu əməkdaşlığa verəcəyi töhfə müzakirə olunub.

Bununla yanaşı, Türkiyənin kənd təsərrüfatı istehsalında olan təcrübələrinin Azərbaycanda tətbiq perspektivləri ilə yanaşı, meşələrin kənd təsərrüfatı sahəsində səmərəli istifadəsinə və aqro-meşə sahəsinə dair fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı kənd təsərrüfatı iş forumunun həyata keçirilməsinin mümkünlüyü gündəmə gətirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti