...

Bakı və Düşənbə arasında birbaşa reysin açılması üçün iş aparılır - Səfir

İqtisadiyyat Materials 25 Aprel 2022 12:12 (UTC +04:00)
Bakı və Düşənbə arasında birbaşa reysin açılması üçün iş aparılır - Səfir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı və Düşənbə arasında birbaşa aviareysin açılması istiqamətində iş aparılır.

Trend-in məlumatına görə, bunu Tacikistanın Azərbaycandakı səfiri Rustam Soli Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Tacikistanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan və Tacikistan arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

Səfir bildirib ki, Azərbaycanla Tacikistan arasında ticarət dövriyyəsinin artırılması istiqamətində yeni imkanlar öyrənilir. “İki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün geniş potensial mövcuddur. Düşünürəm ki, birbaşa reysin açılması da ticarət dövriyyəsinin artmasına imkan verəcək”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti