...

Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırmağı müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 5 May 2022 16:53 (UTC +04:00)
Azərbaycan Yaponiya ilə ikiqat vergitutmanı aradan qaldırmağı müzakirə edib (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadiyyat Naziri Mikayıl Cabbarov Yaponiyanın xarici işlər nazirinin müavini Honda Taro ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə nazir özünün tviter hesabında yazıb.

"Görüşdə ölkələrimiz arasında iqtisadi, xüsusilə ticarət əlaqələrinin inkişafı, ikiqat vergitutmanın aradan qaldırılması və sərmayələrin qorunması, yaşıl enerji sahəsində əməkdaşlıq barədə müzakirə apardıq. 2019-cu ilin mart ayında "Nazirlərin dəvət edilməsi" proqramı üzrə Yaponiyaya səfərimi, keçirilən görüşləri xoş təəssüratla xatırladıq", - deyə M.Cabbarov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti