...

Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 14 milyard dollar azalıb

İqtisadiyyat Materials 6 May 2022 22:51 (UTC +04:00)
Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 14 milyard dollar azalıb

Bakı. Trend:

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları həftə ərzində 2,3% (və ya 14 milyard dollar) azalaraq 29 aprel 2022-ci il tarixinə 593,1 milyard dollar təşkil edib.

Trend "TASS"-a istinadla xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

22 aprel 2022-ci il tarixinə ölkənin beynəlxalq ehtiyatları 607,1 milyard dollar təşkil edib.

Bundan əvvəl Rusiya Mərkəzi Bankının rəhbəri Qərbin sanksiyaları nəticəsində ölkənin təxminən 300 milyard dollar qızıl-valyuta ehtiyatlarının dondurulduğunu bildirmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti