...

Azərbaycan nefti bahalaşıb

İqtisadiyyat Materials 20 May 2022 10:22 (UTC +04:00)
Azərbaycan nefti bahalaşıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 19-da 118,99 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,57 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 117,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,59 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 74,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 111,33 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,02 dollar/barel çoxdur.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti