...

Hər il büdcədən ipoteka kreditlərinə ayrılan vəsait artırılır - Samir Şərifov

İqtisadiyyat Materials 25 May 2022 11:53 (UTC +04:00)
Hər il büdcədən ipoteka kreditlərinə ayrılan vəsait artırılır - Samir Şərifov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ipoteka kreditlərinə yüksək tələbat müşahidə olunmaqdadır. Hər il dövlət büdcəsində bu istiqamətdə ayrılan vəsait artırılır.

Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2021-ci ilin dövlət büdcəsinin icrasının müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ötən ilin dövlət büdcəsindən ipoteka kreditləri üçün 80 milyon manatdan artıq vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti