...

Fransa ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 25 May 2022 13:31
Fransa ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Fransanın İqtisadiyyat, Maliyyə və Dirçəliş Nazirliyinin Baş Xəzinədarlıq İdarəsinin İkitərəfli əlaqələr və biznesin beynəlmiləlləşdirilməsi şöbəsinin müdiri xanım Maqali Sezana ilə görüşüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Elnur Əliyev Azərbaycanın Fransa ilə iqtisadi, təhsil və mədəniyyət sahələrində uğurlu əməkdaşlığını qeyd edib, biznes dairələri arasında işgüzar əlaqələri diqqətə çatdırıb. Bildirilib ki, Fransa şirkətləri Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərir, bir sıra layihələrin, o cümlədən infrastruktur layihələrinin reallaşmasında iştirak edirlər.

Fransa nümayəndə heyətinə həmçinin, ölkəmizin iqtisadi inkişafının əsas prioritetləri, həyata keçirilən islahatlar, Ələt Azad İqtisadi Zonası, Fransa şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə reallaşdırılan layihələrdə iştirak imkanları barədə məlumat verilib.

Xanım Maqali Sezana ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın regionda etibarlı tərəfdaş, Avropa şirkətləri, eləcə də fransalı iş adamları üçün dayanıqlı və təhlükəsiz biznes mühitinə malik ölkə olduğunu vurğulayıb.

Görüşdə AZPROMO və MEDEF arasında əməkdaşlığın inkişafı, rəqəmsal iqtisadiyyatın inkişafı üzrə təcrübə mübadiləsi, ticarətdə müxtəlif maliyyə mexanizmlərinin tətbiqi və s. məsələlər barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti