...

Mövcud geosiyasi vəziyyətdə yeni nəqliyyat dəhlizləri üçün Azərbaycan strateji ölkəyə çevrilib - Mehmet Uylukcu

İqtisadiyyat Materials 8 İyun 2022 10:31 (UTC +04:00)
Mövcud geosiyasi vəziyyətdə yeni nəqliyyat dəhlizləri üçün Azərbaycan strateji ölkəyə çevrilib - Mehmet Uylukcu

Bakı. Trend:

Mövcud geosiyasi vəziyyətdə yeni nəqliyyat dəhlizlərinin işlənməsi prosesində Azərbaycan strateji ölkəyə çevrilib.

Trend-in məlumatına görə, bunu Bakıda səfərdə olan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqının (BSEC-URTA) prezidenti Mehmet Uylukcu deyib.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) dəvəti ilə Azərbaycana səfər edən nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Xəzər Dəniz Gəmiçiliyinin rəsmiləri ilə görüş keçiriblər. Səfərin əsas məqsədi Azərbaycanın mövcud nəqliyyat-loqistika imkanlarını müzakirə etmək, Azərbaycan üzərindən yükdaşımaların icrası üçün görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq olub.

Təşkilatın rəhbəri bildirib ki, “Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Azərbaycana bütün lazımı dəstəyi görtərməyə hazırdır: "Hazırda əsas hədəflərdən biri elekton xidmətinlərin Azərbaycanda tətbiqi edilməsidir ki, bu səfərimizdə də bunula bağlı müzakirələr aparıldı. Təminatlı yükdaşımaların təşkili üçün isə ABADA ilə strateji əməkdaşlığımızı genişləndirmək niyətindəyik”

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Türkiyə və Yaxın Şərq üzrə daimi nümayəndəliyinin rəhbəri Erman Ereke Zəngəzur koridorunun açılmasının bütün region üçün faydalı olacağını bildirib. Onun sözlərinə görə, bu marşrut alternativ və yeni istiqamət olduğundan yükdaşımaların həcminə kifayət qədər təsir edə bilər:

“Zəngəzur dəhlizi Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin tam kəsişmə məntəsi sayılır. Bu dəhlizin işə düşməsi ilə Türkiyə üzərindən İraq, Suriya və Aralıq dənizinin cənub limanlarından yükdaşımların həcmi artacaq. Hazırda Türkiyə ilə Orta Asiya ölkələri arasında orta hesabla illik 110-120 min TIR dövriyəsi var. Bu dövriyə də artmaqdadır. Fikrimcə, Zəngəzur dəhlizinin açılması, Azərbaycanın bir neçə proseduru sadələşdirməsi ilə bu dövriyənin yarıdan çox hissəsi buradan keçə bilər”.

Səfər çərçivəsində ABADA ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqı arasında yeni təminat sistemin tam tətbiqi ilə bağlı razılıq əldə edilib. Rəsmi görüşlərdən sonra nümayəndə heyəti Rusiya ilə sərhəd-keçid məntəqələrinə baş çəkiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti