Bakı. Trend:
Azərbaycan İnvestisiya Şirkətinin investisiya portfeli artıb.
Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.
Nazir qeyd edib ki, Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması nəticəsində şirkətin 2021-ci il üzrə investisiya portfeli 12% artıb və son iki il ərzində əldə etdiyi xalis mənfəət 11,8 mln. manat təşkil edib.