...

Özbəkistanla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub (FOTO)

İqtisadiyyat Materials 31 Avqust 2022 12:50 (UTC +04:00)
Özbəkistanla iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunub (FOTO)

Bakı. Trend:

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Özbəkistanın energetika nazirinin birinci müavini Azim Axmedhacayevlə görüşüb.

Trend-in məlumatına görə, görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişlənməsinə önəm verildiyi vurğulanıb, əlaqələrimizin inkişaf istiqamətləri barədə məlumat verilib, əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub. Bildirilib ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Tərəfdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiya da əlverişli platformadır. İş adamları arasında əlaqələrin genişlənməsində təşkil edilən biznes forumlar və işgüzar görüşlər faydalıdır.

Görüşdə həmçinin iki ölkə arasında ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə ixracı, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib.

Özbəkistan Respublikasının energetika nazirinin birinci müavini Azim Axmedhacayev qarşılıqlı səfərlərin, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu, Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb.

Görüşdə “Uzbekneftqaz” SC sədrinin transformasiya məsələləri üzrə birinci müavini Bexzod Usmanov energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.

Tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti