Bakı. Trend:
27 ildən artıqdır ki, rəqəmsal transformasiya şirkətlərinin texnoloji tərəfdaşı olan Rusiyanln proqram təminatı tərtibatçısı Bercut şirkətinin məhsul meneceri Daniil Fedotov rəqabətqabiliyyətli rəqəmsal məhsulların və operator ekosistemlərinin yaradılmasında IN@Voice konvergent billinq sisteminin imkanlarından və rolundan danışıb.
Müasir dünya daim dəyişir, xidmətlərin çeşidinə və rəqəmsal xidmətlərin keyfiyyətinə yeni tələblər qoyur. Bu gün operator abunəçilər tərəfindən bütün növ rəqəmsal xidmətlərin vahid alış nöqtəsi kimi qəbul edilir ki, bu da ondan yüksək çeviklik tələb edir. Bazarda rəqabətədavamlı qalmaq və biznesin gəlirliliyini artırmaq üçün operatorlar son istehlakçı tələbatını mütəmadi olaraq dəstəkləməli və təmin etməlidirlər. Başqa sözlə, rabitə operatoru abonentin planlaşdırdığı şəraitdən və fəaliyyətindən asılı olmayaraq dərhal maksimum imkanlar verməyə hazır olmalıdır.
“Accenture” şirkətinin telefon sorğularından birində rəqəmsal məhsul və xidmət tədarükçüləri infrastruktur məhdudiyyətlərinin, xüsusən də billinq sisteminin imkanlarının onlar üçün yeni xidmətlər yaratmaq və təqdim etmək çevikliyinə mane olan ən ümumi amillər olduğu fikrini bildiriblər.
Respondentlərin 60 faizi yüksək rəqabətli və qeyri-sabit bazarda telekommunikasiya biznesinin inkişafı üçün konvergent billinqin (təqdim olunan bütün xidmətlərin vahid hesablanması sistemi) mövcudluğunu əsas şərt adlandırıb.
IN@Voice Bercut konvergent billinq sistemi hərtərəfli BSS həllidir (Biznes Dəstək Sistemi/Əməliyyat Dəstək Sistemi). IN@Voice billinq xidmətləri göstərir, abunəçilər, tarif planları və xidmətlər haqqında məlumatları saxlayır, hesablaşma və tarifikasiya prosesləri ilə bağlı çoxsaylı əməliyyatları emal edir, həmçinin tərəfdaşlar və xidmət tədarükçüləri ilə qarşılıqlı hesablaşmaların aparılmasına kömək edir.
Bercut tərəfdaşları hər gün milyonlarla son istehlakçıya xidmət göstərən rəqəmsal məhsul və xidmətlərin ən böyük inteqrasiya olunmuş tədarükçüləridir. Bu baxımdan, həll, ilk növbədə, “üçlü oyun” və “dördlü oyun” konsepsiyaları çərçivəsində biznesini həyata keçirən səviyyə 2, səviyyə 1 xidmət tədarükçülərinə yönəldilib. Bununla belə, IN@Voice-un modul strukturu 3-cü və 4-cü səviyyəli telekommunikasiya operatorlarının ehtiyaclarını nəzərə alaraq paketi seçməyə və unikal billinq çatdırılmasını həyata keçirməyə imkan verir ki, bu da onu müxtəlif səviyyəli Təsnifat bölgülərinin operatorları üçün universal həllə çevirir.
IN@Voice operatorun IT landşaftında qurulub, hazır inteqrasiyaları dəstəkləyir və əlavə modullar dəstindən ibarətdir. BSS sistemləri billinq sistemi ətrafında bütün xidmətlər strukturunu qurur.
Bercut-un billinq sistemi operatorun bütün növ konvergent təkliflərini dəstəkləməyə qadir olan yüksəkyüklü miqyaslanan həlldir. IN@Voice əsasında rabitə tədarükçüləri abunəçi bazasını seqmentləşdirir, müəyyən seqment üçün optimal tarif planlarını və şəxsi təklifləri seçir, tələb olunan unikal xidmətlər yaradır, məsələn: əlavə dəqiqə paketləri və GB (əsas paket tükəndikdə), istifadə olunmamış trafikin köçürülməsi/mübadiləsi və satışı, abunəçilər üçün qrup endirimləri və sairə.
Tarif konstruktoru
IN@Voice Bercut billinq sisteminin üstünlüklərindən biri də “tarif konstruktoru” funksionallığı — mobil rabitə xidmətlərinin, genişzolaqlı internetə çıxışın, operatorun və onun tərəfdaşlarının rəqəmsal xidmətlərinin vahid tarif planı çərçivəsində hesablanması imkanıdır.
“Tarif Konstruktoru” hədəf auditoriyasının müxtəlif seqmentlərinin tələbatını ödəməyə və bir tarif planı əsasında abunəçiyə təqdim edilən rəqəmsal məhsulların ekosistemini genişləndirməyə imkan verir. Sistem süni intellektdən istifadə etməklə müxtəlif asılılıqları konfiqurasiya etmək imkanı verir.
Süni intellekt abunəçi məlumatlarını cəmləşdirir ki, bu da optimal təklif seçilərkən nəzərə alınır. Bir sıra xüsusiyyətlərə (cins, yaş, istehlak profili, abunəçinin olduğu bölgə və s.) əsaslanaraq, operator CJM (müştəri səyahət xəritəsi) yarada və abunəçinin gələcəkdə hansı hərəkətləri edəcəyi barədə fərziyyələr qura bilər.
Süni intellektdən istifadə nümunələri:
6 ay ərzində abunəçi öz tarif planı çərçivəsində bir sıra xidmətlərdən istifadə edib. Abunəçinin davranış modelini təhlil etdikdən sonra sistem onun daha çox məlumat trafikinə və daha az səsli rabitəyə ehtiyacı olduğu qənaətinə gəlməyə imkan verən bir sıra qanunauyğunluqları aşkar edib. Müştəriyə onun istehlak modelinə uyğun tarif planına keçmək təklif olunur. Optimal tarif təklifinin müəyyən edildiyi parametrlər fərdi ola bilər. Operator abunəçinin rabitə xidmətlərinə görə aylıq xərclərini, onun balansı hansı müntəzəmliklə doldurduğunu təhlil edə, hansı xidmətlərdən istifadə etdiyini və ya daha tez-tez qoşulduğunu öyrənə bilər. Mövcud abunəçilərin davranış modelinə əsasən operator yeni müştəri üçün təklif hazırlaya bilər. Eyni xüsusiyyətlərə əsaslanaraq, billinq sistemi yeni abunəçinin hansı seqmentə aid olduğunu təhlil edir və operator tərəfindən bu seqment üçün hazırlanmış tarif planını seçir.
Məsələn: Yeni abunəçi müəyyən bir ərazidə yaşayan tələbədir. Operator ona “tələbələr” seqmenti üçün orta bazar qiymətini nəzərə alaraq optimal qiymətə faydalı limitsiz xidmətlər dəsti, 15 GB internet və 300 SMS təklif edə bilər.
Süni intellektin tətbiqi təkcə şəxsi təkliflərin seçilməsi baxımından deyil, həm də operatorun biznes proseslərinin ümumi səmərəliliyinin qiymətləndirilməsi baxımından faydalıdır. Süni intellektin köməyi ilə abunəçi bazasını seqmentləşdirmək, gəlirləri proqnozlaşdırmaq, itkiləri proqnozlaşdırmaq, həmçinin bu proqnozlar nəzərə alınaraq uzunmüddətli operator strategiyasını qurmaq mümkündür.
IN@Voice konvergent billinq sisteminin strukturuna xidmətlərin asanlaşdırılmış satışını və Biznes API-ni təmin etmək üçün rahat veb-interfeys daxildir. API-dən istifadə etməklə operator abunəçi ilə qarşılıqlı əlaqəni asanlaşdıran billinq sisteminə istənilən xarici tətbiqi (şəxsi hesab və ya mobil proqram) qoşa bilər. Rahat mobil proqram vasitəsilə operatorun xidmətlərini seçmək və müstəqil şəkildə qoşulmaq imkanı müştəri təcrübəsini zənginləşdirəcək və abunəçinin loyallıq indeksinə müsbət təsir göstərəcək. BSS Bercut-un bir hissəsi kimi öz PCRF (Siyasət və Doldurma Qaydaları) Funksiyas) xidmət keyfiyyətinin (QoS) idarə edilməsini təmin edəcək.
Operatorun sürətini və çevikliyini təmin etmək
Sürətli nəticələrə ehtiyacı olanlar üçün Bercut BSS/OSS tərkibində intellektual platforma mövcuddur ki, o, operator şəbəkələri bazasında hazır telekommunikasiya məhsullarını operativ şəkildə yerləşdirməyə imkan verəcək. Billinq sisteminin fərdi modifikasiyalarının mümkünlüyü operatorun manevr etməsi üçün əlavə yer açacaq.
Çox sayda fərdiləşdirmə nöqtələri satıcı cəlb etmədən biznes proseslərini müstəqil şəkildə dəyişdirməyə imkan verir. Bir müddət əvvəl Bercut-un tərəfdaşlarından biri bu fürsətdən necə istifadə etdiyi barədə mətbuata danışıb:
“Bir neçə il əvvəl operator öz abunəçilərinə həmn məqam üçün inanılmaz bir məhsul təklif etdi - resurs mübadiləsi. Onun hazırlanmasında həm billinq sisteminin standart funksiyalarından, həm də daxili həllərdən istifadə edilib. Bu, bazara inqilabi təsir göstərdi. Çoxları bu rəqəmsal təcrübəni təkrarlamaq istədi - abunəçilərə real vaxt rejimində dəqiqələr / gigabaytlar / SMS balansını müstəqil idarə etmək, həmçinin tarif planları üçün şəxsi məzmun yaratmaq imkanı verdi, lakin uzun müddət həmin operator bu cür məhsul yaratmış yeganə mobil provayder olaraq qaldı.
“Bu keys IN@Voice billinq sistemi bazasında buraxılan unikal məhsulların nümunələri arasında yeganə deyil. Görüş zamanı biz sizə onların hər biri və inkişaf etdirilmiş variasiyaların operatorlara yeni məhsul və xidmətlər yaratmaq üçün Bercut-un həllərində istifadə etməyə imkan verməsi haqqında ətraflı məlumat verməyə hazırıq”, - deyə Daniil Fedotov, Bercut-un IN@Voice məhsul meneceri şərh edir.
IN@Voice Bercut konvergent billinq sistemi ilə gələcəyə baxın və ən tələbkar və qabaqcıl abunəçilərin təxminlərini qarşılayın.