...

Türkiyənin xarici bazarlara avtomobil sənayesi məhsulları ixracı artıb

İqtisadiyyat Materials 10 Oktyabr 2022 08:54 (UTC +04:00)

Bakı. Trend:

2022-ci ilin yanvar-sentyabr aylarında Türkiyənin avtomobil sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 22,3 milyard dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin sentyabr ayında Türkiyə 2,8 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 11,7 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (sentyabr 2021- sentyabr 2022) Türkiyə 30,4 milyard dollar məbləğində avtomobil sənayesi məhsulları ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti