...

Azərbaycan MDB-nin Tikintidə Əməkdaşlıq Şurasının iclasında təmsil olunub (FOTO)

İqtisadiyyat Materials 14 Oktyabr 2022 15:19 (UTC +04:00)
Azərbaycan MDB-nin Tikintidə Əməkdaşlıq Şurasının iclasında təmsil olunub (FOTO)

Bakı. Trend:

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (DŞAK) sədr müavini Dövlətxan Dövlətxanov Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 43-cü iclasında iştirak edib.

Komitədən Trend-ə bildirilib ki, buliki iclas Rusiyanın Kazan şəhərində baş tutub.

Toplantıda Azərbaycan və Rusiyadan başqa, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Ermənistandan nümayəndə heyətləri iştirak edib.

İclasda üzv dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsinin və bu sahədə əldə edilmiş təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Gündəliyə daxil olan bir sıra məsələlər, o cümlədən şəhərsalma-tikinti sahəsində aktual problemlər, onların həlli yolları, tikintidə texniki tənzimləmə, qiymətqoymada resurs metodunun tətbiqi mövzularında fikir mübadiləsi aparılıb, müvafiq qərar layihələri hazırlanıb, yekdilliklə qəbul edilib. Həmçinin Şura Katibliyinin Əsasnaməsi, Texniki tənzimləmə problemləri üzrə Baza təşkilatının və Şuranın nəzdində fəaliyyət göstərən komissiyaların iş planları da müzakirə edilərək təsdiq olunub.

MDB-yə üzv ölkələrin Tikinti Fəaliyyətində Əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 42-ci iclası ötən il DŞAK-ın sədrliyi ilə təşkil edilib. İclasda şəhərsalma siyasətinin əsas istiqamətləri, inşaat materialları sənayesinin inkişafı, tikintidə enerjiyə qənaət, bərpa olunan enerji mənbələrindən istifadə, şəhər infrastrukturunun təkmilləşdirilməsi, layihələndirmədə müasir texnologiyaların tətbiqi və digər birgə həyata keçirilə biləcək fəaliyyət istiqamətləri ətrafında geniş müzakirələr aparılıb. Növbəti iclasın gələn ilin yaz aylarında keçirilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti