...

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihəsinin müddəti müəyyən edilir

İqtisadiyyat Materials 28 Oktyabr 2022 13:07 (UTC +04:00)
Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihəsinin müddəti müəyyən edilir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı layihəsinin maksimum müddəti 49 il olacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 28-də keçirilən iclasında müzakirə edilən “Dövlət-özəl tərəfdaşlığı haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, bu müddət, aşağıdakılar nəzərə alınmaqla, səlahiyyətli orqan tərəfindən müəyyən edilir:

- dövlət-özəl tərəfdaşlığı nəticəsində yaradılacaq infrastrukturun müddəti;

- özəl tərəfdaş tərəfindən investisiya qoyuluşunun forması və həcmi, o cümlədən cəlb edilmiş vəsaitin qaytarılması müddəti, şərtləri və layihələr üzrə gəlirlilik.

Dövlət-özəl tərəfdaşlığı layihələri Qanunun 10-cu maddəsinə uyğun olaraq iddiaçılar tərəfindən də təqdim edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti