...

Birjalarda buğda 6 faizdən çox bahalaşıb

İqtisadiyyat Materials 31 Oktyabr 2022 12:16 (UTC +04:00)
Birjalarda buğda 6 faizdən çox bahalaşıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çikaqo əmtəə birjasında buğda qiymətləri 6 faizdən çox artıb.

Trend-in məlumatına görə, bu gün səhər saatlarında bir buşel (35 kiloqramdan çox) buğdanın dekabr fyuçersləri 6,13 faiz bahalaşaraq 8,8 dollara çatıb.

Qeyd olunur ki, bahalaşmaya Rusiyanın "taxıl sazişi"ndən çıxmasını elan etməsi səbəb olub.

Xatırladaq ki, Rusiya XİN həftəsonu Qara dənizdə təhlükəsizlik məsələlərini əsas gətirərək sazişin icrasını dayandırdığını elan etmişdi.

"Taxıl sazişi" bu ilin avqustunda Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndələri arasında əldə olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti