...

Qlobal mühitdə yüksək qeyri-müəyyənliyin davam edəcəyi gözlənilir - Taleh Kazımov

İqtisadiyyat Materials 3 Noyabr 2022 13:42 (UTC +04:00)
Qlobal mühitdə yüksək qeyri-müəyyənliyin davam edəcəyi gözlənilir - Taleh Kazımov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Qarşıdakı dövrdə qlobal mühitdə yüksək qeyri-müəyyənliyin davam edəcəyi gözlənilir. Geosiyasi gərginlik, ərzaq və enerji qiymətlərində yüksək dəyişiklik, aparıcı Mərkəzi bankların pul siyasətinin sərtləşməsi və təchizat sahəsində problemlər qlobal iqtisadi artıma mənfi təsir göstərir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov noyabrın 3-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2023-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə deyib.

O qeyd edib ki, beynəlxalq maliyyə kredit təşkilatları qlobal iqtisadiyyat üçün 2023-cü ildə iqtisadi artımın zəifləyəcəyi proqnozunu verib:

“Qlobal iqtisadiyyatın artımının zəifləməsi inflyasiyanın 2023-cü il və orta müddətdə daha aşağı olacağını deməyə əsas verir. Lakin inflyasiya inersiyası nəzərə alınmaqla, qiymət artımının azalması tədricən baş verəcək.

Pul siyasəti həyata keçirilərkən məzənnə amilinin inflyasiyaya təsiri nəzərə alınacaq:

“Məzənnə sabitliyi isə öz növbəsində tədiyyə balansının vəziyyətindən və həyata keçirilən fiskal-monitar siyasətlərdən asılı olacaq. Proqnozlaşdırılan ixrac qiymətləri 2023-cü il profisitli tədiyyə balansını gözləməyə əsas verir. 2023-cü il 50 ABŞ dolları ssenarisində cari əməliyyat balansının profistinin ÜDM-ə nisbətinin 11 faiz olacağı proqnozlaşdırılır”, - deyə T.Kazımov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti