...

Azərbaycan və Pakistan bir sıra məhsulların gömrük rüsumlarından azad edilməsi ilə bağlı danışıqlar aparır

İqtisadiyyat Materials 30 Noyabr 2022 13:45 (UTC +04:00)
Azərbaycan və Pakistan bir sıra məhsulların gömrük rüsumlarından azad edilməsi ilə bağlı danışıqlar aparır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Pakistan bir sıra məhsulların gömrük rüsumlarından azad edilməsi ilə bağlı danışıqlar aparır.

Trend-in məlumatına görə, bunu noyabrın 30-da Pakistan-Azərbaycan iqtisadi əməkdaşlıq palatasının (PakAzCham) prezidenti Cavaid Bhatti "Ticarət və ixracat" adlı forum zamanı deyib.

Onun sözlərinə görə, hər iki ölkə qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün böyük potensiala malikdir və bu gün Azərbaycan məhsullarının Pakistan bazarına daxil olması üçün danışıqlar aparılır.

"Burada söhbət tekstil məhsulları və digər məhsul növlərindən gedir. Həmçinin, pambıq və kosmetika məhsullarının gömrük rüsumlarından azad edilməsi planlaşdırılır", - deyə o bildirib.

PakAzCham prezidenti qeyd edib ki, yaxın zamanlarda tikinti sahəsi üzrə pakistanlı nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır.

"Onu da qeyd edim ki, Azərbaycanla Pakistan arasında nəqliyyat və tranzit sahəsində sıx əməkdaşlıq aparılır", - C.Bhatti deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti