Bakı. Trend:
Büdcədən Naxçıvana ayrılacaq dotasiyanın həcminə yenidən baxılıb.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
Nazir qeyd edib ki, İkinci oxunuşla müqayisədə üçüncü oxunuşda dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiya 1,7 milyon manat artırılır.
Xatrıladaq ki, 2023-cü ilin dövlət büdcəsinin layihəsində Naxçıvan Muxtar Respublikasının büdcəsi üçün nəzərdə tutulmuş dotasiyanın 31,1 mln manat azaldılması, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində öz gəlirlərinin 20 milyon manat artırılması nəzərdə tutulmuşdu.
S.Şərifov bildirib ki, büdcədən Naxçıvana ayrılan dotasiyanın yuxarı həddi müəyyən edilir. Nazirin sözlərinə görə, bu anlayış büdcəyə ilk dəfə daxil edilib.