Bakı. Trend:
Qarabağda Ağbənd keçid məntəqəsi üzərində işləyirik. Orada gözəl keçid məntəqəsi qurulacaq.
Trend-in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədrinin vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişikliklərin müzakirəsi zamanı deyib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yeni koridorların açılması ilə bağlı işlər görülür.