...

Fitch 2023-cü ildə Azərbaycanda inflyasiyanın azalacağını gözləyir

İqtisadiyyat Materials 12 Yanvar 2023 18:12 (UTC +04:00)
Fitch 2023-cü ildə Azərbaycanda inflyasiyanın azalacağını gözləyir
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

“Fitch Solutions” beynəlxalq reytinq agentliyi 2023-cü ildə Azərbaycanda inflyasiyanın aşağı düşəcəyini gözləyir.

Trend-in cümə axşamı agentliyə istinadən verdiyi məlumata görə, istehlak qiymətləri üzrə inflyasiya illik müqayisədə 13 faizdən 9,5 faizədək azalacaq.

"Biz 2023-cü ildə 8,25 faiz olan yenidən maliyyələşdirmə dərəcəsini nəzərə alsaq, pul siyasətinin yumşaldılmasını gözləmirik. Pandemiyadan sonra iqtisadiyyatın sürətli bərpası da ev təsərrüfatlarının kreditləşməsinin artımını göstərir. Bu, həm də kreditləşmənin sərtləşdirilməsi nəticəsində mümkün olub. Azərbaycan Mərkəzi Bankı tərəfindən inflyasiyanın artması fonunda yenidən maliyyələşdirmə dərəcəsi müəyyən edilib”, - deyə agentliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, Mərkəzi Bankın məlumatına görə, noyabrda Azərbaycanda aylıq inflyasiya 1%, illik baza inflyasiyası isə 14,7% təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti