...

İcmal büdcənin gəlirləri proqnozu 15 faiz üstələyib

İqtisadiyyat Materials 23 Yanvar 2023 13:45 (UTC +04:00)
İcmal büdcənin gəlirləri proqnozu 15 faiz üstələyib

Bakı. Trend:

2022-ci il icmal büdcəsinin gəlirləri 42289,5 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 5528,6 mln. manat və ya 15,0 faiz, 2021-ci illə müqayisədə isə 8385,8 mln. manat və ya 24,7 faiz çoxdur.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, icmal büdcənin xərcləri 35061,0 mln. manat təşkil edib ki, bu da proqnoza nisbətən 579,9 mln. manat və ya 1,6 faiz az, 2021-ci illə müqayisədə isə 5070,5 mln. manat və ya 16,9 faiz çoxdur.

2022-ci ilin icmal büdcəsində 7228,5 mln. manat büdcə artıqlığı (profisit) yaranmışdır. Bu da proqnoza nisbətən 6108,5 mln. manat və ya 6,5 dəfə çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti