...

Şuşa və Macarıstanın Vesprem şəhəri arasında Anlaşma Memorandumu imzalanıb

İqtisadiyyat Materials 30 Yanvar 2023 16:58 (UTC +04:00)
Şuşa və Macarıstanın Vesprem şəhəri arasında Anlaşma Memorandumu imzalanıb

Bakı. Trend:

Yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb.

Trend xəbər verir ki, "Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıblar.

Xəbər lenti

Xəbər lenti