...

Ölkə ərazisində nəzarət-kassa aparatları vasitəsilə ödənişlər artıb

İqtisadiyyat Materials 15 Fevral 2023 10:19 (UTC +04:00)
Ölkə ərazisində nəzarət-kassa aparatları vasitəsilə ödənişlər artıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən Trend-ə bildirilib ki, indiyədək ölkə ərazisində 85.209 ədəd yeni nəsil NKA quraşdırılıb.

Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. 2023-cü ilin yanvar ayında bu NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 1,6 milyard manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti