...

Azad edilmiş ərazilərdə aparılan şəhərsalma fəaliyyəti Azərbaycan-Macarıstan Biznes Forumunda müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 18 Fevral 2023 15:37 (UTC +04:00)
Azad edilmiş ərazilərdə aparılan şəhərsalma fəaliyyəti Azərbaycan-Macarıstan Biznes Forumunda müzakirə edilib (FOTO)

Bakı. Trend:

Budapeştdə keçirilən Azərbaycan və Macarıstan Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 9-cu iclasında azərbaycanlı nümayəndə heyətinin tərkibində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də təmsil olunub.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildirilib ki, iclasda Azərbaycan və Macarıstan dövlət başçılarının siyasi iradəsi və səyləri nəticəsində iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, geniş əməkdaşlıq imkanlarının yarandığı bildirilib. Enerji, yaşıl enerjinin inkişafı və ötürülməsi, kənd təsərrüfatı, əmək, məşğulluq, sosial müdafiə, təhsil, mədəniyyət, turizm, səhiyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsinə dair müzakirələr aparılıb. Həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən danışılıb, qarşılıqlı investisiyaların təşviqi məsələləri nəzərdən keçirilib. Sonda ölkələr arasında iclasın yekunlarına dair Protokol imzalanıb.

Birgə Komissiyanın 9-cu iclası çərçivəsində Azərbaycan-Macarıstan biznes forumu da keçirilib. Biznes forumda 26-sı Azərbaycan, 61-i Macarıstan tərəfindən olmaqla 87 şirkət iştirak edib.

Forumda, həmçinin iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin Komissiyanın əsas hədəflərindən olduğu, hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan geniş quruculuq işlərinə macar iş adamları tərəfindən göstərilən marağın əhəmiyyəti vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərdə biznes və investisiya imkanları mövzusunda panel iclasda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əməkdaşlıq və protokol şöbəsinin müdiri Eldar Salahov burada həyata keçirilən ərazi planlaşdırma işləri haqqında təqdimatla çıxış edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti