Bakı. Trend:
Azərbaycanda yanvar ayında qida məhsullarının istehsalında artım qeydə alınıb.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Həmçinin əvvəlki ilin müvafiq ayı ilə müqayisədə içki istehsalında 24,1 faiz artım, tütün məmulatlarının istehsalında isə 4,2 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından duz istehsalı 54,8 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı 8,6 faiz artmış, duru bitki yağlarının istehsalı isə 46,3 faiz, şəkərin istehsalı 65,7 faiz azalıb.
Ümumilikdə emal sənayesində 2023-cü ilin yanvar ayında 1 milyard 328,7 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilib.