...

Fevral ayında Türkiyə limanları 3 milyon tondan çox yük qəbul edib

İqtisadiyyat Materials 11 Mart 2023 10:31 (UTC +04:00)
Fevral ayında Türkiyə limanları 3 milyon tondan çox yük qəbul edib

Bakı. Trend:

Bu ilin fevral ayında Türkiyə limanları 3 min 825 gəmi qəbul edib.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 697, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 min 128 olub.

2023-cü ilin yanvar-fevral aylarında Türkiyə limanları 8 min 173 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 5 min 772, Türkiyə bayrağı altında olan gəmilər isə 2 min 401 olub.”, - deyə nazirlikdən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti