...

Bütün Aİ ölkələri Orta Dəhlizin inkişafında və rəqəmsallaşdırılmasında maraqlıdırlar - BMT rəsmisi

İqtisadiyyat Materials 15 Mart 2023 11:45 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

BMT nəqliyyat sektorunun və infrastrukturun inkişafına xüsusi önəm verir.

Trend-in məlumatına görə, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə bu gün Bakıda keçirilən çoxtərəfli görüşdə deyib.

Onun sözlərinə görə, bu istiqamətdə gömrük-keçid prosedurlarının rəqəmsallaşdırılmasının sürətləndirilməsi vacibdir.

"BMT rəqəmsallaşma üzrə onlarla vasitəyə malikdir və biz region ölkələrini dəstəkləməyə hazırıq. Belə ki, Orta Dəhliz çərçivəsində praktiki olaraq bütün Aİ ölkələri onun inkişafında və rəqəmsallaşdırılmasında maraqlıdır", - o deyib.

O.Alqayerova Azərbaycanın rəqəmsallaşdırma prosedurlarında böyük nailiyyətlər əldə etdiyini və artıq eCMR və eTIR həllərini uğurla tətbiq etdiyini bildirib.

"Regionun digər ölkələri ilə rəqəmsallaşmanın əldə olunması yük daşımalarını daha da sadələşdirməyə, habelə yük daşımalarının vaxtını azaltmağa imkan verəcək", - o qeyd edib.

O.Alqayerova həmçinin Azərbaycan, Gürcüstan, Özbəkistan, Türkiyə və digər ölkələrin Orta Dəhlizin inkişafını və ona nəzarət üzrə müvafiq orqanın yaradılmasını dəstəklədiklərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti